Satınalma Şöbəsinə aparıcı mütəxəssis / mütəxəsis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Bizim üçün ideal namizəd :
- Ali texniki təhsil;
- Müvafiq sahədə 1 - 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarını bilməli;
- Azərbaycan və ingilis dillərini bilməli;
- B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
- Microsoft Office proqramlarını bilməli, 1C, Platinum, Peach Tree, Sage, 1C proqramlarından ən az birini bilməsi arzu olunandır.
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
- Şəxsi avtomobilinin olması arzu olunandır

Hansı işləri görəcəksiniz :
- Təchizat ehtiyaclarını proqnozlaşdırılması, proqnozlaşdırılan satınalma ilə işin icrası zamanı meydana çıxan fərqlərin araşdırılması və aradan qaldırılması;
- Tələb olunan məhsul/xidmət üzrə bazar araşdırmasının aparılması və analiz edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqlar və yazışmaların həyata keçirilməsi;
- Tədarükçü şirkətlərin fəaliyyətlərinin analizinin aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Etibarlı tədarükçülər bazasının yaradılması və idarə edilməsi və yenilənməsi ;
- Satınalma prosesinin prosedurlara uyğun formada həyata keçirilməsi;
- Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərinin analizinin aparılması;
- Şirkətdaxili xərclərin azaldılma siyasətinin həyata keçirilməsi;
- Struklardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi, satınalma sifarişlərinin hazırlanması və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
- Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malların, xammalın və ya xidmətlərin təchizatçılar ilə müzakirə edilməsi və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlərin görülməsi;
- Sənədləşmə işlərinin (təkliflərin yığılması və qiymət cədvəllərinin hazırlanması) həyata keçirilməsi.
- Tapşırıqların müəyyən edilmiş müddətlərdə görülməsi;

Nə əldə edəcəksiniz ?
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis / mütəxəssis” yazaraq 21.07.2021 il tarixinədək cv@stp-ah.com ünvanına göndərmələri xahiş olunur.