Satınalma üzrə aparıcı mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
- Ali təhsil
- Göstərilən vəzifə üzrə ən azı 3-5 illik iş təcrübəsi;
- İstehsalat sahəsində təcrübə mütləqdir.
- Microsoft Office proqramlarını bilməli;
- Dili bilikləri : Azərbaycan dili, Rus dili, İngilis dili;
- Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;

Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma prosesinin təşkili və idarə edilməsində iştirak edilməsi;
- Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
- Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
- Satınalma əməliyyatlarının aparılması üçün meyar və normaların, tədarükçülərlə hesablaşma prosedurunun müəyyənləşdirilməsi və əlaqələndirilməsi;
- Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görülməsi;
- Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparılması;
- Rəhbərliyin verdiyi aidiyyatı tapşırıqların yerinə yetirilməsi və hesabatların mütamadi olaraq təqdim edilməsi ;

İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Son müraciət tarixi: 2021-07-24