Satınalma üzrə Menecer

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Ümumi tələblər:
- Ali təhsil;
- Tibbi preparatlar və tibbi avadanlıqlar üzrə biliklər mütləqdir;
- Satınalma üzrə 2-3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq qabiliyyəti;
- Dəqiqlik, operativlik;

Vəzifə öhdəlikləri:
- Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
- Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtda satınalınmasının təmin edilməsi;
- Sifarişlərin təşkili və idarə edilməsi;
- Satınalma strategiyasının hazırlanması, satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirilməsi;
- Potensial təchizatçıların müqayisəli şəkildə araşdırılması;
- Bazarın təhlili, tələb olunan məhsulların daxili və xarici bazarda araşdırmasının aparılması;
- Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilə şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması;
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;
- Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;

İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-06-18