Satınalma üzrə mütəxəssis (daxili satınalma)

Şirkət haqqında
Əmək haqqı
800-1000

İş haqqında

Şirkət: Grand Motors Company
Vəzifə: Satınalma üzrə mütəxəssis (daxili satınalma)

Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin qəbulu və icra edilməsi
- Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması
- Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi
- Tədarükçülərin seçimi və qiymətləndirilməsi üçün tabe olduğu rəhbərliyə sorğu üzrə müqayisə cədvəllərinin ( Bids Summary ) təqdim edilməsi
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərinin müəyyən edilməsi və müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi
- Satınalma sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi
- Struktur daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsi
- Satınalma prosesində baş verə biləcək uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması

Namizədə tələblər:
- Mövcud sahədə ali təhsil;
- Satınalma sahəsində ən azı 2 illik iş təcrübəsi ( ehtiyat hissələri üzrə çalışmış əməkdaşlara üstünlük veriləcək);
- MS Office və 1C Anbar proqramları üzrə bilik və bacarıqlarının olması tələb edilir.
- Xarici dil biliklərinin olması arzu ediləndir;
- Ezamiyyətə göndərilə bilər;
- Sürücülük vəsiqəsi ve şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək.

İş şərtləri:
6 günlük iş həftəsi
Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
Ə/h: 800-1000 azn

Maraqlanan namizədlər mövzu yerində “Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini
hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-06-04