Satınalma üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
- Müvafiq sahədə Ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri: Rus dili mükəmməl, İngilis dili yaxşı səviyyədə olmalıdır ;
- İrəli səviyyədə MS Office proqram bilikləri;
- Yaxşı yazı və ünsiyyət, vaxtın idarə edilməsi bacarıqları;
- Xarici ölkələrə ezam gedilməsinə açıq olmalı;

Vəzifə öhdəlikləri:
- Sifarişlərin təşkili və idarə edilməsi;
- Xarici və yerli təchizatçılarla satınalma prossesinin vaxtında, müəyyən olunmuş prosedur-qaydalara uyğun şəkildə icra edilməsi;
- Məhsulun uyğun qiymətə, tələb olunan keyfiyyətdə və həcmdə vaxtında satınalınmasının təmin edilməsi;
- Satınalama əməliyyatlarının analizinin həyata keçirilməsi: müqavilə şərtlərinin uyğunluğunun yoxlanılması, təqdim olunan malların, işlərin və xidmətlərin razılaşdırılmış şərtlərə əsasən icra olunmasının izlənilməsi.
- Mövcud xammal, mal-material bazarını araşdırmaq, alış qiymətlərinin aşağı salınması üçün tədbirlər görmək;
- Alternativ tədarükçülərin axtarışını və tenderlərin keçirilməsini təşkil etmək;
- Təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
- Yeni təchizatçılarla işgüzar münasibətlərin təmin edilməsi və inkişaf etdirilməsi;
- İllik, aylıq satınalma datalarını analiz etmək və hesabatların rəhbərliyə təqdim olunmasını təmin emtək;
- Xammal və digər malların satınalma və logistika prossesinə nəzarət etmək, aidiyyatı şöbələrlə işbirliyi aparmaq.
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərə nəzarət edilməsi;
- Ümumi xərclərə nəzarət edilməsi və aidiyyatı şəxslərə hesabat verilməsi;
- Həvalə olunmuş digər aidiyyatı işlərin düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsinə görə məsuliyyət daşımaq.

İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizdəin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə " Satınalma üzrə mütəxəssis " yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-04-09