Satınalma üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər :
- Satınalma sahəsi üzrə min 1 il iş təcrübəsi
- Dil bilikləri : İngilis , Rus dillərində sərbəst danışmaq ve işgüzar yazışmanı aparmaq

Vəzifə üzrə tələblər:
- Biznes fəaliyyəti üçün lazım olan mal və materialların təyin edilməsi və alınmasına nəzarət edilməsi
- Alınmış mal və materialların yük daşıyan (nəqliyyatçı) şirkətə verilməsinin nəzarətdə saxlanılması;
- Alınmış mal və materialların sənədlərinin yoxlanılması;
- Malsatan şirkətlərlə işgüzar münasibətlərin qurulması, qiymət danışıqlarının aparılması;
- Bazarda olan yeni mallar və malsatan şirkətlər haqqında məlumatların toplanması, onların təhlil edilməsi və qiymətləndirilməsi;
- Yeni mal və materialların alınması, onlara nomenklaturanın verilməsinin təmin edilməsi;
- Malsatan şirkətlərin göstərdikləri xidmətin, satdıqları mal və materialların keyfiyyətinin qiymətləndirilməsi, etibarlı malsatan şirkətlərin müəyyənləşdirilməsi və onların siyahısının tutulması;
- Anbarında olan mal və materialların miqdarının təhlil olunması, çatışmayan və ya sayı azalan mal və materialların müəyyənləşdirilməsi;

İş şəraiti :
- 5 günlük iş həftəsi ( 08.15- 17.15)
- Nahar və servis (nəqliyyat ) (m. Köroğlu, m. 20 yanvar iş yerinədək və geri ) şirkət tərəfindən təşkil olunur
- AR qanunvericiliyə uyğun rəsmiləşdirilməsi

İş yeri:
- Bakı-Şamaxı şossesi 19 km., Atyalı qəsəbəsi ( Höküməli dairəsindən sonra )

CV-ləri subject: Satınalma üzrə mütəxəssis qeyd etməklə, hr@debet.az göndərmək lazımdır.
Əlaqə nömrə : 050 286 69 80

Son müraciət tarixi: 2021-08-01