Satınalmalar üzrə Mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
800-1000

İş haqqında

Əsas vəzifə və öhdəliklər:
- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Bazar araşdırılmasının aparılması, yeni tədarükçülərin tapılması;
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması;
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi;
- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi;
- Xarici ve daxili bütün satınalmalara nəzarət edilməsi;
- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
- Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
- Sahə üzrə digər tapşırıqların həyata keçirilməsi;

Tələb olunan keyfiyyətlər:
- Ali təhsil (iqtisadi sahədə olanlara üstünlük verilir);
- Yaşayış yeri: Bakı şəhəri;
- Etibarlı sürücülük vəsiqəsi;
- Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
- Əmək haqqı 800-1000 manat gross.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Subject/Mövzu hissəsində vəzifənin adını (Satınalmalar üzrə Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.
Son tarix: 2021.11.30