Satış Auditi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Müvafiq sahədə ali təhsil (Maliyyə, Kommersiya, İqtisadiyyat və s. sahələrdə);
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Səlis Azərbaycan dili bilikləri, yaxşı səviyyədə yazı qabiliyyəti;
- İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri;
- Şəxsi avtomobilin olması vacibdir (yanacaq Şirkət tərəfindən təmin edilir)

Vəzifə öhdəlikləri:
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
- Ərazidə inventarların yoxlanışı və raportlanması; Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
- İsti satış sistemi ilə çalışan maşın qalıqlarının sayımları və raportlanması;
- Şirkətin proqramlarından istifadə edərək yüklü satışları və şübhəli iadələri izləmək və uyğunsuzluqları raportlamaq.
- Marketlərdə rəflərdə məhsulların son istifadə tarixinin və etiketinin yoxlanılması və raportlanması;
- Kommersiya Departamentinin şübhəli bildiyi əməliyyatlar barədə Auditora yönləndirilmiş məlumatların yoxlanılması;
- Aylıq, illik sayımlarda iştirak etmək;
- Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək.

İş şəraiti:
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "Satış Auditi" və çalışmaq istədiyi müvafiq regionu qeyd edərək hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-07-07