Satış əlaqələri üzrə administratorun köməkçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin rolu:
Bu vəzifənin rolu brendin göndərdiyi məhsul çeşidlərinin yoxlanılmasına və bazaya daxil edilməsinə dəstək etməkdir

Vəzifə öhdəlikləri:
- Tərəfdaşlardan əldə olunmuş məlumat əsasında məhsul haqqında daxili proqramda qeyd aparır
- Tərəfdaşlardan alınan məlumatlar ilə Packing list-dəki məhsulları qarşılaşdırır
- Artıq və ya əksik gələn məhsulların qeydiyyatını aparır
- Tərəfdaşlara məhsulun statusu haqqında məlumat verir
- Gəlməyən və ya zədələnmiş məhsula görə təzminat alınmasını təşkil edir
- Tərəfdaşlara aid hesab fakturaların proqrama işləyir və vaxtında ödənilməsini təşkil edir

Əsas tələblər:
Təhsil:
• Ali təhsil

Təcrübə:
• Müvafiq sahədə təcrübə arzu olunandır

Professional biliklər:
• MS Office Proqramları
• İngilis və Rus dilləri

Professional bacarıqlar və kompetensiyalar:
• Məsuliyyətlilik
• Detallara diqqət
• Nəticə yönümlülük

Vaxtın İdarəolunması Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış əlaqələri üzrə administratorun köməkçisi” qeyd edərək recruitment@ssi.az elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 2021-10-07