Satış kanalları üzrə assistent

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Zərurət yarandığı halda sığorta obyektlərinə baxışın həyata keçirilməsi
- Müştərilərə xidmət göstərilməsi, zərurət yarandığı təqdirdə sığorta növləri üzrə şəhadətnamələrin yazılması
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi
- Öz tərəfindən edilən satışların sığorta haqqlarının vaxtında ödənilməsi və debitor borcların yaranmamasına nəzarət etmək

BİLİKLƏR
- Ali təhsil
- Dil bilikləri:
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
- Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
- Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı

TƏCRÜBƏ
• Satış sahəsində iş təcrübəsi arzu olunandır

BACARIQLAR
- Stressə davamlılıq bacarığı - Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
- Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
- Komanda ilə işləmək bacarığı

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Son müraciət tarixi: 10 İyul 2021.