Satış Meneceri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Tələblər:
-Təhsil: Ali;
- İş təcrübəsi: 3 il (İT və təhlükəsizlik sistemlərinin qurulması sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
- Yaş həddi: 25 – 35;
- Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək, şifahi nitq qabiliyyəti olmalı;
- Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı.

Vəzifələr:
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- İşgüzar yazışmaların həyata keçirilməsi və danışıqların aparılması;
- Müştərilərə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
- Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
- Rəqib şirkətlərin bazar payının öyrənilməsi, araşdırılması və analizinin aparılması;
- Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
- Təklif əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
- Maliyyə sənədlərinin müştəriyə göndərilməsi;
- Şirkətin rəhbərliyinə görülən işlər barədə hesabat verməli.

İş şəraiti:
- AR əmək məcəlləsinə əsasən sənədləşmə;

İş qrafiki: bazar ertəsi - cümə; iş saatı: 09:00 - 18:00;
- Karyerada inkişaf imkanları.
- Əmək haqqı: Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir

Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@caspianaudit.com mail ünvanına mövzu hissəsinə “Satış Meneceri” qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 2021-09-05