Satış Məsləhətçisi (Quba, Bərdə, Göyçay, Lənkəran)

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
- Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Tələblər:
- Satış təcrübəsi arzu olunandır
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı

İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: həftədə 6 iş günü və 1 istirahət günü.
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı müvafiq link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

Quba şəhəri üzrə: https://qlor.me/kjs9m5uq
Bərdə şəhəri üzrə: https://qlor.me/kjs9nt6i
Göyçay şəhəri üzrə: https://qlor.me/kjs9oqmd
Lənkəran şəhəri üzrə: https://qlor.me/kjs9pgvt

Son müraciət tarixi: 2021-03-14