Satış məsləhətçisi

Şirkət haqqında
Əmək haqqı
300

İş haqqında

Namizədə tələblər:
- 25-35 yaş həddi
- Azərbaycan dili bilikləri, rus və ingilis dili arzuolunandır
- Satış sahəsində 1 ildən az olmayaraq təcrübə
- 1C, Microsoft Office proqramlarını bilməli
- Mebel satışı sahəsində təcrübəsi arzuolunandır
- Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı
- Komandada işləmək bacarığı
- Karyerada yüksəliş imkanı

Vəzifə öhdəlikləri:
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, məhsullar haqqında ətraflı və dolğun məlumat vermək.
- Tələbata uyğun olaraq müştərilərə düzgün seçim etməyə köməklik göstərmək.
- Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək.
- Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək.
- Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət.
- Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək.
- Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək.
- Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək.

İş vaxtı:
Həftənin 6 günü saat 09:30-dan 19:00-dək
Həftə içi 1 gün istirahət günü
Əmək haqqı 300 AZN + Bonus (1 %-dək)

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində cv@saloglu.com elektron ünvanına mövzu yerinə “Satış məsləhətçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021-06-28