Satış məsləhətçisi

Şirkət haqqında
Əmək haqqı
400-600

İş haqqında

- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.

Namizədə tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunandır)
- Orta və ya ali təhsil - Elementar riyazi hesablamaları
- Satış texnikası və prinsiplərini
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir
- İş qrafiki: - 09:00-dan 18:00-dək, Həftə içi 6 gün,1 gün istirahət

Əmək haqqı: 400-600 -AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq cv@omid.az ünvanına göndərmələri və ya N.Nərimanov ray., Ə.Rəcəbli küç, 44(baş ofis) ünvanında yerləşən ofisə gəlmələri xahiş olunur.

Qeyd: Vakansiya yeni açılacaq OMİD mağazalarımız üçün nəzərdə tutulub.
Tel:(+994)55-500-91-00

Son müraciət tarixi: 2021-10-27