Satış Müdiri (Korporativ şöbə)

Şirkət haqqında
Əmək haqqı
2000

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
- Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
- Yüksək Microsoft Ofis proqramları biliyi;
- Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
- Dürüstlük və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:
- Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Bazarın araşdırılması;
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Müştəri bazasının formalaşdırılması
- Şirkətin satış həcminin artırılmasına dəstək;
- Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
- İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
- Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
- Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

İş qrafiki:
- Həftə içi 6 gün saat 09:00-18:00.
- Əməkhaqqı: 2000 AZN
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV-lərini hr@bashakgroup.az elektron poçt ünvanına mövzu hissəsinə “Satış müdiri” yazaraq göndərə bilərlər.
Son müraciət tarixi: 2021-11-04