Satış mühəndisi

Şirkət haqqında
Əmək haqqı
800 - 1100

İş haqqında

Vəzifə öhdəlikləri
- Potensial müştəriləri müəyyən etmək, mütəmadi olaraq onları ziyarət etmək, şirkətin məhsullarını təqdim etmək.
- Yaxşı müştəri məlumat bazası formalaşdırmaq, daim müştəri bazasını təkmilləşdirmək və yeniləmək.
- Layihələri və inşaat sahələrini lazım olan anda ziyarət etmək, montaj zamanı ortaya çıxan sualları cavablandırmaq.
- Rəhbərliyə gün ərzində görülən işlər barədə hesabat təqdim etmək.
- Şirkəti və şirkət məhsullarını sosial şəbəkələrdə (xüsusi ilə də linkedin) daim təbliğ etmək, şirkətin səhifə izləyiciləri ilə daimi sıx əlaqəni təmin etmək.

Namizədə tələblər
- Müvafiq sahədə minimal təcrübə: 2 il.
- Təhsil: Ali.
- Dil bilikləri: Azərbaycan, ingilis dili (orta səviyyədə).
- Yaş həddi: 25-40.
- Ofis proqramları (yaxşı səviyyədə).
- Orta səviyyədə mühəndislik biliyi və bacarığı, yüksək səviyyədə satış bacarığı.
- Cinsi: Kişi

İş şərtləri
- 6 günlük iş həftəsi.
- İstirahət günü bazar günüdür.
- Əmək haqqı 800 - 1100 AZN (təhsil, iş təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur).
- Nahar şirkət tərəfindən verilir.

Müraciət etmək istəyən şəxslər office@esdescon.az e mail ünvanına mövzu hisssəsində “Satış mühəndisi” qeyd edərək cv göndərə bilər.
Son müraciət tarixi: 2021-08-17