Satış mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, zəmanət və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı məlumat vermək;
- Şirkətin müştəri xidməti standartlarının mağazada icrasi üzrə irad və təkliflərini mağaza rəhbəri ilə bölüşmək;
- Müştərilərə özəl xidmət göstərilməsində bir başa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
- Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək.

Tələb olunanlar:
- Təhsil: Orta ixtisas/Ali təhsil;
- Müştərilərlə işləmək bacarığı;
- Kompüter və ofis avadanlıqlarından istifadə;
- İşgüzar ünsiyyət etikası;
- Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Satış qabiliyyəti olmalı;
- Məhsulları təqdim etmək bacarığına malik olmalı;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi olmalıdır.

İş şərtləri
- Həftənin 6 günü iş, 1 gün istirahət;
- Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Əmək haqqı namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “Ağdaş - Satış mütəxəssisi” qeyd edərək info@minorgroup.az ünvanına göndərməkləri xahiş olunur.
Qeyd: Vakansiyaya uyğun olmayan CV –lərə baxılmayacaq.

Son müraciət tarixi: 2021-07-21