Satış mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vakansiya: Əhmədli və Xırdalan filialları üzrə satış mütəxəssisi

• Müştərilərə mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis və quraşdırma, kredit, zəmanət və çatdırılma xidmətləri haqqında ətraflı məlumat vermək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı məlumat vermək;
• Şirkətin müştəri xidməti standartlarının mağazada icrasi üzrə irad və təkliflərini mağaza rəhbəri ilə bölüşmək;
• Müştərilərə özəl xidmət göstərilməsində bir başa iştirak etmək və şirkət qaydalarına uyğun yönləndirmək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək və satış prosesi sona çatana qədər müştərini müşayət etmək;
• Satış proseduruna uyğun məhsullar haqqında, onların funksiyaları, iş mexanizmi, zəmanət şərtləri ve servis xidməti haqqında tam, hərtərəfli məlumatlar vermək.

Tələb olunanlar:
• Təhsil: Orta ixtisas/Ali təhsil;
• Müştərilərlə işləmək bacarığı;
• Kompüter və ofis avadanlıqlarından istifadə;
• İşgüzar ünsiyyət etikası;
• Azərbaycan dilini səlis bilməli, rus dili arzuolunandır;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı;
• Məhsulları təqdim etmək bacarığına malik olmalı;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır (Məişət texnikası və ya elektronika satışı üzrə təcrübəsi olanlara üstünlük veriləcək).

İş şərtləri:
• Həftənin 6 günü iş, 1 gün istirahət;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Əmək haqqı namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) seçdiyi filiala əsasən “Əhmədli - Satış mütəxəssisi” və ya “Xırdalan - Satış mütəxəssisi” qeyd edərək info@minorgroup.az ünvanına göndərməkləri xahiş olunur.
Son müraciət tarixi: 2021-09-15