Satış mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
500

İş haqqında

SoWhite bridal room’a hal hazırda satış mütəxəssisi tələb olunur.

Vəzifə öhdəlikləri:
- Satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirmək
- Magazada və anbarda məhsulların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilmək
- Müştəriləri gülərüz və nəzakətlə qarşılamaq, onlara seçim etmək üçün yardımçı olmaq və məmnuniyyəti təmin etmək
- Müştərilərin istək və ehtiyaclarını təxmin edə bilmək, analiz edə bilmək
- Müştəri ilə görüşmə zamanı meydana çıxan problemləri həll edə bilməyi bacarmaq
- Mağazanın sosial şəbəkə hesablarını idarə etmək, müştərilərin suallarını online şəkildə də nəzakətlə cavablandırmaq, istiqamətləndirmək və məmnuniyyəti təmin etmək

Vəzifəyə dair tələblər:
- 40 yaşa qədər xanım namizədlər
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
- Müvafiq satış sahəsində ən az 1 il iş təcrübəsi
- Azərbaycan ve rus dili mukəmməl, ingilis dili arzu olunandır
- Satış bacarıqları
- Ünsiyyət bacarıqları
- Məqsədyönlülük
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- Satışları təhlil etmə bacarığı
- Xoş və səliqəli zahiri görünüş

İş qrafiki: 6 günlük iş həftəsi
İş saatı: 10:00-20:00
Əmək haqqı: 500 azn + Bonus

Vakansiyaya müraciət üçün CV’nizi “Satış mütəxəssisi” mövzusu ilə sowhitebridal.co@gmail.com e-mail adresinə göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-09-19