Satış mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin təsviri:
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması;
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı;
- Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu;
- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması;
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə təqdim edilməsi;
- Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq;
- Satış planını yerinə yetirmək.

Şərtlər:
- Rəqabətə davamlı əmək haqqı və satış üzrə bonuslar;
- İş qrafiki həftə içi 8:30 – 17:30, istirahət günü – şənbə, bazar;
- Müntəzəm yerli və xarici təlimlərin verilməsi;
- AR qanunvericiliyinə əsasən sənədləşmə;
- Ölkədaxili ezamiyyətlər;
- Yanacaq və telefon danışıq haqqının verilməsi;
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi;
- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı.

Namizədə tələblər:
- Ali təhsil;
- Sürücülük vəsiqəsi (B kategoriya);
- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi;
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı;
- Ünsiyyət qurmaq və inandırmaq bacarığı;
- Şəxsi avtomobili olması;
- Qida istehsalı sahəsində təmizlik və dezinfeksiya mallarının satışında iş təcrübəsinə malik olması üstünlükdür.

CV-lərinizi Hr@horeca.com.az email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz. Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.
Son müraciət tarixi: 2021-09-24