Satış nümayəndəsi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Satış nümayəndəsi olaraq siz Kibrit-də aşağıdakılarla məşğul olacaqsıznız:

- “Lead”lər əsasında hazır skript üzrə telefon üzərindən satış
- Bazarı araşdıraraq potensial müştərilərin tapılmasında iştirak etmək
- Potensial müştərilərlə görüşlər keçirmək
- Satışın sənədləşdirilməsini təşkil etmək

Bu vəzifədə sizdən gözləntilərimiz:
- Yeni məhsulun ilk satış hədəflərinin qoyulmasında iştirak etmək və bu hədəfləri vurmaq
- Şirkətin yeni məhsulunun satış strategiyasının qurulmasında tövhə vermək
- Şəxsi inkişaf, yüksək nəticələr və idarəçilik potensialını göstərərək Satış qrupunun rəhbəri olmaq

Tələb olunan bilik və bacarıqlar:
- Azərbaycan dilində səlis nitq bacarığı
- Rus dili (partnyorlarla ünsiyyət qurmaq və təlim keçmək üçün yetərli səviyyədə)
- Müştəriyə oriyentasiya
- Komandada işləmək bacarığı
- MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı

Arzu olunan şəxsi keyfiyyətlər:
- Stressə qarşı dözümlük
- Ünsiyyətlilik
- İnandırma qabiliyyəti
- Təşəbbüskarlıq
- Yaradıcı təfəkkür (creative)
- Aktivlik, proaktivlik
- Məqsədyönlülük
- Nəticəyönlülük

Aşağıdakı keyfiyyətlər/bacarıqlar mütləq deyil, amma varsa, sizi daha çox bəyənəcəyik:
- Telefonla satış və ya tədris sahəsində satış üzrə təcrübə
- İngilis dili

Kibrit-də sizin gələcəyiniz bu cür olacaq:
- Şəxsi inkişaf imkanınız olacaq – daim öyrənəcəksizniz, çox şey öyrənəcəksizniz!
- Bir çox insanın həyatına təsir edəcək, ictimai faydası olan ciddi layihədə iştirak edəcəksiniz.
- Matris tipli qurum strukturunda sərbəst və rahat iş mühitində işləyəcəksizniz.

Şərtlət, əlavə imtiyazlar (Benefits):
- Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz
- Korporativ nömrə
- Azərbaycanın ən yaxşı sığorta şirkətlərin birindən (“A-Qrup Sığorta”) Tibbi sığorta
- Ofisdə nahar yeməyi (şirkətin hesabına), çay/qəhvə
- Fasilələrdə asudə vaxtınızı aktiv keçirmək üçün ofisdə idman və oyunlar (ping-pong, şahmat, trenajor və s.)

Vakansiya ilə maraqlanan şəxslər CV-lərini 22.08.2021 tarixinədək "NPD - Sales Agent" başlığı (subject) ilə hr@kibrit.tech e-mail ünvanına göndərə bilər.