Satış sahəsi üzrə rəhbər

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə gömrük təmsilçiliyi sahəsində xidmət paketini təqdim etmək;
- Yeni müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Xidmətlər paketini müştəri ehtiyaclarına müvafiq formalaşdırmaq və fərdi paketlər təqdim etmək;
- Fərdi xidmət paketlərindən istifadə üzrə məsləhət (konsaltinq) vermək;
- Gömrük rəsmiləşdirilməsi, sənədlərin tərtibatı, sertifikatların alınmasında müştəriyə dəstək; bəyannamələrin hazırlanması və rəsmiləşdirməyə nəzarət;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və cəlbi;
- Yüklərin daşınmasına nəzarət, gömrükləşdirmə məsələlərinin təşkili, bazar araşdırması və təchizatçılarla görüş;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin verilməsi;
- Müştərilərə şirkətin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
- Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;
- Görüşlərin nəticələrinin izlənilməsi;
- Fəaliyyətlə bağlı hesabatların vaxtlı-vaxtında təqdim edilməsi;
- Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.

Namizədə tələblər:
- Ali təhsil;
- Müştərilərlə iş sahəsində minimum 5 illik iş təcrübəsi;
- Gömrük orqanları və broker xidmətləri sahəsində təcrübənin olması;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri arzuolunandır;
- Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
- Peşəkarlıq tələbləri:
- Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
- Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
- Müştərini dinləmək və inandırmaq bacarığı;
- Təqdimat bacarığı;
- Proses idarəçiliyi bacarığı.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 20 iyul 2021-ci il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış sahəsi üzrə rəhbər” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.