Satış şöbəsinin müdiri

Şirkət haqqında
Əmək haqqı
2000

İş haqqında

ŞÖBƏ: Satış
VƏZİFƏNİN ADI: Satış şöbəsinin müdiri
HESABATLILIQ : Direktor

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Satış şöbəsinə rəhbərlik:
- Satış şöbəsinin əməkdaşlarının fəaliyyətinə, fəallığına, davamiyyətinə və s. birbaşa nəzarət
- Əməkdaşların satış və digər əsas fəaliyyət göstəricilərinin (KPI), o cümlədən dövri planlarının və hədəflərinin hazırlanması, təqdimi və nəticələrin hesablanması.
- Əməkdaşların illik təlim planının hazırlanması və icrası
- Gündəlik sualların həll edilməsində yaxından iştirak etmək
- Şirkətin 3 illik satış strateji planının hazırlanmasında yaxından iştirak etmək və icrasına məsul olmaq:
- Bunun bir hissəsi olan 2021 satış planını tərtib etmək.
- Yeni müştərilərin cəlb edilməsi (lead generation) üçün bizim bazara və şirkətimizin strukturuna uyğun üsulları təklif və tətbiq etmək
- Mövcud müştərilərlə əməkdaşlığın davamlı olması üçün görülən tədbirlərə nəzarət etmək və yeni tədbirlər təklif etmək
- Satış prosesinə nəzarət etmək:
- Satış prosesinin və sənəd dövriyyəsinin təsdiq edilmiş iş axınına uyğun getməsinə nəzərət etmək
- Mövcud iş axınının davamlı optimizasiyası işində təşəbbüskar olmaq
- Müştəri ödənişlərinin idarə olunmasına nəzarət etmək, problemli borclar yarandıqda əməkdaşlara bu işdə yaxından dəstək olmaq
- Dövlət və qeyri-dövlət satınalmaları, tenderlər zamanı təkliflərin verilməsi və digər işlərin icrasına nəzarət etmək
- Müntəzəm olaraq satış analizi aparmaq, lazımi hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Çox vacib müştərilərlə, onların kuratorları olan satış menecerləri ilə bərabər yaxın ünsiyyət qurmaq, mütəmadi görüşmək, göstərilən xidmətin keyfiyyətinə xüsusi nəzarət etmək
- Şöbəyə yeni əmədaşların cəlb olunmasında yaxından iştirak etmək, təşəbbüskar olmaq

VƏZİFƏ ÜZRƏ İLKİN TƏLƏBLƏR
- İqtisadiyyat, maliyyə və biznesin idarə olunması üzrə ali təhsilə üstünlük verilir
- Satış sahəsində, xüsusilə korporativ satış və təchizat üzrə ən az 3 il idarəçi təcrübəsinin olması arzuolunandır
- Satınalma və təchizxat zəncirinin idarə olunması üzrə təcrübənin olması üstünlükdür
- İngilis və rus dillərində sərbəst danışıq və yazışma qabiliyyəti arzuolunandır

Əmək haqqı və bonuslar:
- 2000 AZN aylıq maaş
- İllik KPİ bonuslar (satış və digər təyin edilmiş göstəricilər əsasında hesablanır)
- Nəqliyyat, telefon və nahar xərclərinin şirkət tərəfindən qarşılanması

E-mail: hr@officelines.az
Son müraciət tarixi: 2021-06-30