Satış şöbəsinin mütəxəssisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
- Kredit satışı üzrə ən azı 2 il iş stajı
- Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
- Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
- Bank qanunvericiliyi barədə biliklərin olması
- Azərbaycan dilində səlist danışıq bacarığı
- MS Office proqramlarının bilikləri
- Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:
- Müştərilərin cəlb olunması və onlara çarpaz satışların edilməsini təmin etmək
- Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi
- Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi
- Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi
- Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi

Xahiş olunur CV-ləri cv@bankavrasiya.az ünvanına göndərəsiniz.
Son müraciət tarixi: 2021-10-16