Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifənin təsviri
- Mütəmadi olaraq potensial müştərilərin axtarılması
- Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və satışı
- Mövcud müştərilərə əlaqələrin qorunub saxlanması və sifarişlərin qəbulu.
- Müştərilərdə yaranan problemlərin həlli, avadanlığa dair təlimin aparılması
- Satış və müştərilərlə əlaqədar hesabatların rəhbərliyə verilməsi

Şərtlər
- Rəqabətə davamlı əmək haqqı və satışa görə bonuslar
- İş qrafiki həftə içi 8:30 – 17:30, şənbə, bazar-istirahət günü
- Müntəzəm yerli və xarici təlimlərin verilməsi
- AR qanunvericiliyinə əsasən sənədləşmə
- Yanacaq və telefon danışıq haqqının verilməsi
- Şəxsi avtomobili ilə işləyənlərin amortizasiya xərclərinin ödənilməsi
- Ambisiyalı əməkdaş üçün karyera inkişafı imkanı

Namizədə tələblər
- Ali təhsil
- Sürücülük vəsiqəsi (B kategoriya)
- HoReCa sektorunda işləmək, qazanmaq və karyera qurmaq həvəsi
- Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı
- Ünsiyyət qurmaq və inandırmaq bacarığı

Şəxsi avtomobili olan və rus dilini bilənlərə üstünlük veriləcəkdir.
CV-lərinizi Hr@horeca.com.az email ünvanına yazıb göndərin, mövzu hissəsində vakansiyanın adını qeyd edin. Yalnız email vasitəsi ilə göndərilən CV-lər qəbul olunur. Əlavə suallar yaranarsa, www.horeca.com.az saytından əldə edə bilərsiniz.
Seçilmiş namizədlər ardıcıl olaraq test və müsahibəyə dəvət ediləcəklər. Zənglər qəbul edilmir.

Son müraciət tarixi: 2021-04-04