Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Boya və inşaat malları satışı sahəsində 2-3 il təcrübəsi olmalı;
- Bakı şəhəri ərazisində boya və inşaat malları satan obyektləri tanımalı;
- Təşkilati və analitik bacarıqlar;
- Səlist nitq qabiliyyəti;
- Kollektivdə işləmək bacarığı;
- Şəxsi avtomobilin olması mütləqdir (yanacaq və maşın xərcləri şirkət tərəfindən ödənilir).

Vəzifə öhdəlikləri:
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

İş rejimi və şərtləri:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- İş vaxtı: 09:00-18:00-dək
- Şənbə günü qısaldılmış iş günü
- Əmək haqqı danışıq əsasında təyin edilir + satışdan bonus.
- Nahar şirkət tərəfindən verilir.

Vakansiyaya uyğun CV-ri hr@polistar.az mailinə göndərə bilərsiniz. CV-ri seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-05-21