Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
500-1000

İş haqqında

Şirkətin adı: “ AEV “ MMC
Vəzifənin adı: Satış təmsilçisi
Təcrübə: 1-3 il
Təhsil: Ali təhsil
Dil bilikləri: Azərbaycan, Rus dili
Sürücülük vəsiqəsi: B
Əmək haqqı: 500-1000 AZN
Nəqliyyat vasitəsi: Şəxsi avtomobil
Yaş həddi: 25-40

Tələb olunan bilik və səriştələr
- Malların satışını stimullaşdırmaq üçün işlərin təşkilinin əsasları.
- Ticarət alətlərindən istifadə xüsusiyyətləri və prinsipləri.
- Reklam növləri və reklam fəaliyyətinin təşkili əsasları.
- Pərakəndə məkanın təşkili və pərakəndə məkandan səmərəli istifadə prinsipləri.
- Ticarət meydançasında malların nümayişinin effektivliyini qiymətləndirmə metodları.
- Təklif olunan malların əsas keyfiyyəti və istehlak xüsusiyyətləri.
- Malların cari qiymətləri.
- Satış sahəsindəki müştəri davranışının modelləri.

Vəzifə öhdəlikləri
- Müştərilələrlə sıx əlaqələrin yaradılmasını təmin edir,
- Təyin olunmuş rut üzrə müştəriləri ziyarət edir, onların mal ehtiyaclarını müəyyən edir, əldə eytiyi mal sifarişlərinin qeydiyyatını müvafiq elektron cihazın yaddaşına daxil edir.
-İşəgötürənin təmsil etdiyi malların ticarət və kredit siyasətinin həyata keçirilməsini təmin edir.
- Müştəri potrfelinin artırılmasında faəl iştirak edir, ərazisindəki yeni ticarət obyeklərini qeyd edir, onları ziyarət edir təmsil etdiyi malları təklif edir.
- Məhsulların ən əlverişli formada yerləşdirilməsini təmin edir, merçendayzerlərin işinin təşkilinə yardım edir
- Yeni çeşid malların təşviqini təmin edir.
- Təyin edilmiş ərazidə gündəlik marketinq araşdırmaları aparır
- İşəgötürənə gündəlik görülən işlər barədə hesabatlar təqdim edir.
- Bütün alıcılarla konstruktiv əməkdaşlığı gücləndirir yüksək səviyyədə xidmət göstərir
- İşəgötürənin strateji hədəflərini anlamaq, onların həyata keçirilməsini hər cür şəkildə təşviq etmək.
- Bütün təlim proqramlarında fəal iştirak edir
- Etik ticari qaydalara riayyət edir

Vakansiya ilə maraqlanan namizədlər CV –ni hr@aev.az elektron ünvanının mövzu bölməsində Satış təmsilçisi qeyd etməklə müraciət edə bilərlər.
Son müraciət tarixi: 2021-05-26