Satış Təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifənin rolu:
Bu vəzifənin rolu malların satışını bilavasitə həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.

Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən müəyyən edilmiş planı və yüksək satış səviyyəsini təmin etmək
- Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək
- İş əsnasında şirkətin peşəkar satış texnikasını effektiv şəkildə istifadə etmək
- “Dəst” satışlarının ideya və spesifik xüsusiyyətlərini tətbiq etmək
- İş gününü planlaşdırmaq və müştərilərlə iş sxemini tərtib etmək.
- Müştəri bazasının inkişaf və keyfiyyət dinamikasına köməklik göstərmək.
- Mağazada və anbarda malların mövcudluğuna, çeşidlərinə və ölçülərinə dair məlumatları bilmək
- Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək.
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.

Əsas tələblər:
Təhsil:
- Ali təhsil arzuolunandır

Təcrübə:
- Pərakəndə satış sahəsində ən az 1 il iş təcrübəsi(ev əşyaları satışında təcrübə arzuolunandır)

Professional biliklər:
- Azərbaycan və Rus dilləri mükəmməl
- Mağazada təqdim olunan məhsullar barədə məlumat

Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@homme.az e-mailına, mövzu hissəsində “Satış Təmsilçisi” qeyd edib göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 2021-06-06