Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
600

İş haqqında

Namizədə tələblər:
- Satış, marketinq və ya oxşar sahədə ali təhsil arzu olunandır;
- Satış sahəsində minimum 1 il iş təcrübəsi (Lüks seqmentdə təcrübə üstünlükdür);
- Azərbaycan və rus dilini səlis bilməli, ingilis dilini bilməsi arzu olunandır ;
- MC Office proqramlarından istifadə bacarığı;
- Satış texnikası, metodlarını və müştəri psixologiyasını bilmək;
- Ambisiyalı, gülərüz, məsuliyyətli , nəticə yönümlü, müştəri yönümlü, yeniliyə və inkişafa meyilli, səbrli;
- Ünsiyyət, komandada işləmək, təqdim etmə bacarıqları

Vəzifə öhdəlikləri:
- Müştərilərin qarşlanması və ehtiyaclarının müəyyənləşdirilməsi
- Şourumda təmsil olunan brendlərin müştəriyə təqdim olunması və satışının həyata keçirilməsi;
- Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici özəl xüsusiyyətləri barədə məlumat verilməsi;
- Məhsulların çatdırılması və quraşdırılması işlərinin koordinasiya edilməsi
- Müştəri bazasının yaradılması və müştərilərlə düzgün iş münasibətlərinin qurulması;
- Kommersiya təkliflərinin hazırlanması
- Şourumun hər zaman səliqəli, hazır olmasına nəzarət edilməsi;
- Ehtiyac olduqda müştərilərin evini ziyarət edib, ölçülərin götürülməsi;
- Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi;
- Mövcud və potensial müştərilərlə mütəmadi əlaqələrin saxlanılması, özəl günlərində müştərilərə zəng olunması;
- Bazar araşdırması həyata keçirilməsi və rəqiblərin fəaliyyətinin analiz edilməsi
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.

İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Xarici ölkələrdə sərgilərdə iştirak imkanı;
- Əmək haqqı 600 AZN + satışdan bonus (Əmək haqqı namizədin bilik, bacarıqlarına görə daha çox ola bilər)

QEYD: Seçilmiş namizədlər Collezione İtalia ilə SAT GROUP təlim və konsultasiya şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində 3 aylıq Satış Akademiyası kursunda iştirak edib satış bacarıqlarını artıracaqlar.

Vakansiyaya müraciət üçün şəkil əlavə olunmuş CV-lərinizi “Satış təmsilçisi” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. İşə qəbul prosesinin ilkin mərhələsində yalnız vəzifə tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 2021-07-14