Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
- Adekvat əmək haqqı və satış hədəflərinə uyğun bonus sistemi
- Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
- Davamlı karyera inkişafı
- Korporativ telefon
- Qanunvericiliyə uyğun sənədləşdirmə və bazar günləri istirahət imkanları

Bizim üçün ideal namizəd:
- Orta ixtisas təhsili, ali təhsili olanlara üstünlük verilir
- Satış sahəsində ən az 2 il iş təcrübəsi olan
- 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
- Danışıqlar aparmaq və yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
- Satış terminalları ilə işləmək
- Şəxsi avtomobil (yanacaq və amortizasiya xərcləri Şirkət tərəfindən ödənilir)
- Bakı (müvafiq regionu) şəhərini yaxşı tanımaq
- Kompüter və MS Office proqram bilikləri

Görəcəyiniz işlər:
- Müəyyən olunmuş ərazidə yerləşən müştərilərə məhsulun çeşidləri üzrə təqdimatını/tanıtımını etmək
- Məhsulların çeşidləri üzrə maksimum satışını həyata keçirmək
- Satılmış məhsullara görə ödənişlərin yığılmasını həyata keçirmək
- Satış nöqtələrinin müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarətini həyata keçirmək
- Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi karyera@badamli.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Satış təmsilçisi")
www.badamli.az
Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)

Son müraciət tarixi: 2021-08-25