Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
400-500

İş haqqında

Vəzifə və öhdəlikləri:
- Şirkət Məhsularının satışının təşkil edilməsi;
- Ərazisində olan Mağazalarda (Supermarketlər) məhsul ehtiyacının müəyyənləşdirilməsi;
- Ehtiyac müəyyənləşdikdən sonra sifarişin götürülməsi;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
- Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
- Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin (Merçendayzinq) təşkil edilməsi;
- Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi;
- Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi.

İş qrafiki və Əmək haqqı:
- iş saatı: 09:00 - 18:00;
- 1-5 günlər iş, şənbə və bazar istirahətdir;
- Əmək haqqı 300 AZN(fix) + 400-500 AZN(bonus).

Namizədə tələblər:
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- 23 - 30 yaş arası;
- Səliqəli xarici görünüş;
- Səlis nitq bacarığı;
- Fikirlərini aydın ifadəetmə bacarığı;
- Ünsiyyətcil;
- İnandırma qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- Satış bacarığı;
- Məsuliyyətli;

Qeyd: Şirkət Bakı Şəhər Suraxanı Rayonu Bülbülə qəsəbəsində yerləşir. Satış təmsilçisi Şirkətə zəruri hallarda gəlir. Birbaşa iş üçün müəyyən olunmuş əraziyə çıxır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@ceylan.az elektron ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 2021-09-26