Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
300-400

İş haqqında

STARMEDIA Agency Azərbaycanda reklam sektorunda kreativ və uğurlu fəaliyyət göstərən reklam şirkətlərindən biridir

Biz əsasən aşağıdakı sahələrdə ixtisaslaşmışıq
• Digital marketing
• Design & Branding
• Media
• Outdoor

Vəzifə: Satış təmsilçisi

Tələblər:
- Xanım işçi tələb olunur
- 22-30 yaş aralığında
- Ali təhsil
- MS Office proqramları üzrə biliklər
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Sərbəst, özünə güvənən
- Səlis nitq qabiliyyəti
- Dinamik, aktiv, inadkar
- Ünsiyyətcil, işə məsuliyyətli yanaşma
- Satış qabiliyyəti
- İşinə qarşı həvəsli, yeniliklərə açıq
- Təqdimat edə bilmə və inandırmaq bacarığı

Öhdəliklər:
- İş barəsində təlimlər keçirilir, iş prosesi ətraflı izah olunur
- Şirkətlərə ofis daxilində telefon zənglərinin olunması və görüşlərin təyin edilməsi
- Şirkətlərlə danışıqların aparılması
- Müştərilərlə sərbəst ünsiyyət qurmaq
- Potensial müştərilərin axtarılması
- Reklam məhsullarının təqdimatı və satışını təşkil etmək

İş şəraiti:
- 5 günlük iş həftəsi, 09:30-dan 18:00-dək
- Əmək haqqı 300 - 400 azn (nett) + Bonus

Biz nə təklif edirik :
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;

Göstərilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazaraq info@starmedia.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Son müraciət tarixi: 2021-10-06