Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Tələblər:
- Premium seqmentdə qab-qaqcaq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
- MC ofis proqramlarında sərbəst işləmə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Satış texnikası haqqında biliyin olması;
- Səliqəli, gülərüz və müştərini heyran qoya biləcək biliklərin və auranın olması ;
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli olması vacibdir.

Vəzifə öhdəlikləri:
- Şourumda təmsil olunan brendlər və kolleksiyaların müştəriyə təqdimatı və satışı;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
- Müştəri bazasının yaradılmasında bilavasitə iştirak;
- Qarşıya qoyulacaq satış hədəflərinin yerinə yetirilməsi;
- Müştəriyə təqdim ediləcək təkliflərin hazırlanması, təqdimi və təqibi;
- Görülən işlər haqqında gündəlik, həftəlik hesabatların hazırlanması;
- Gündəlik soyuq və isti zənglərin olunması, müştərilərin əlamətdar günlərində zənglərin olunması;
- Şourumun, VM-in hər zaman hazır və səliqəli vəziyyətdə olmasına nəzarət;
- Bazar araşdırması aparma qabiliyyəti, rəqiblərin fəaliyyətini analiz etmə;
- Şirkətin qərar verdiyi bütün treyninqlərdə iştirak;
- Şirkətin prinsiplərinə, missiyasına sadiq olmaq;
- Sərgilərdə və iş görüşlərində iştirak;

Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş qrafiki: növbəli 10:00-18:00; 10:00-20:00

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi ”sözlərini qeyd edərək göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Son müraciət tarixi: 2021.12.10