Satış təmsilçisi

Şirkət haqqında
Əmək haqqı
1500

İş haqqında

Vəzifə öhdəlikləri:
- Aylıq tərtib olunmuş plana uyğun həcmdə malları satmaq, qoyulan planı icra etmək;
- Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb şöbə müdirinə yazılı surətdə təqdim etmək;
- Satış məntəqələrində məhsulun çeşidlər üzrə və səliqəli yerləşdirməsinə nəzarət etmək;
- Müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək, təkliflər vermək;
- Satış müdirinə mütəmadi hesabatlar təqdim etmək.

Namizədə tələblər:
- Ali Təhsilli
- Müvafiq sahə və topdan satış üzrə 2-3 il iş təcrübəsi;
- Təşkilati və analitik bacarıqlar;
- Sürücülük vəsiqəsinin olması mütləqdir.

İş şərtləri:
- Əmək haqqı: Şərti olaraq 1500 AZN: həm sabit əmək haqqı,həmdə bonus hissədən ibarət olur.
- Korporativ nömrə, maşın, yanacaq şirkət tərəfindən təmin edilir.
- Region Mərkəzi Aran (Kürdəmir-Hacıqabul-Şirvan-Sabirabad-Saatlı-İmişli-Beyləqan-Fizuli) və Bakı şəhərinə tələb olunur.
- Regionlarda ezamiyyət xərcləri təmin edilir.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Satış təmsilçisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 2021.12.18