Satış üzrə analitik

Şirkət haqqında
Əmək haqqı
700-900

İş haqqında

Vəzifə öhdəlikləri:
- Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
- Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
- Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
- Böyük şəbəkələrlə üzləşmələrin təşkili
- Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi
- Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması.

Namizədə tələblər:
- Təhsil: Ali (Mühasibatlıq, İqtisadiyyat və biznesin idarə edilməsi üzrə ali təhsil)
- İş təcrübəsi: 3-5 il müvafiq sahə və pərakəndə satış sahəsi üzrə təcrübə;
- Yaş həddi: 30-45;
- Dil biliyi: Azərbaycan, Rus, İngilis dili (arzuolunandır);
- Kompüter biliyi: 1C programı, Agent+, CRM, MS Office (Excel, Word, Outlook);
- Nəzəri biliklər:
- Bazar iqtisadiyyatı, sahibkarlıq və biznesin təşkili qaydaları;
- Bazarın analizi;
- Bazarın inkişafının qanunauyğunluğu və məhsul tələbatının formalaşdırılması barədə baza biliklər;
- Satış işinin təşkili və idarə edilməsi bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
- Təmkinlilik, etibarlılıq, özünə inam;
- Aktiv, təşkilatçı, operativ çalışqan, nizam-intizamlı; bacarıqlı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
- Ezamiyyətlərə açıq olmalıdır.

İş şəraiti:
- Ofis Xırdalanda yerləşir
- 5 günlük iş həftəsi (6-cı gün iş vaxtı 09:00-14:00)
- İş vaxtı: 09:00 - 17:00
- Əmək haqqı: fix 700-900 AZN+ əmək haqqına yüksək məbləğli bonus (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən ediləcək)
- Əmək Məcəlləsinə uyğun işə qəbul

Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) sevda.q@sab.az elektron ünvanına mövzu hissəsində "Satış üzrə analitik" qeyd etməklə göndərə bilərlər. Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır.
Son müraciət tarixi: 2021-07-17