Satış üzrə assistent

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

“PAŞA Sığorta” ASC “Satış üzrə assistent (Lənkəran nümayəndəliyi)” vakansiyası elan edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi
- Şirkətə müraciət edən müştərilərə yüksək keyfiyyətli xidmət göstərilməsi
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanın Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edilməsi və şəhadətnamələrin yenilənməsinin təmin edilməsi

BİLİKLƏR:
- Ali təhsil - Biznes və ya Marketinq sahəsində təhsilə üstünlük verilir
- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, işgüzar ingilis dili biliyinə üstünlük verilir

TƏCRÜBƏ:
- Müvafiq iş təcrübəsinin olmasına üstünlük verilir

BACARIQLAR:
- Ünsiyyət qurmaq bacarığı
- Dəqiqlik
- Öz fikirlərini sərbəst ifadə etmək bacarığı
- Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
- Komanda ilə işləmək bacarığı
- Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı


Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin
Son müraciət tarixi: 15 Oktyabr 2021.