Satış üzrə bölgə müdiri

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər:
- Ali təhsil;
- Pərakəndə sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- Satış texnikası və prinsiplərini bilmək;
- Xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan);
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook).

İş haqqında məlumat:
- Marketlər şəbəkəsinin idarə olunması;
- Bazar araşdırmalarının aparılması və satış analizlərinin edilməsi;
- Yeni açılacaq marketlərin biznes planının hazırlanması;
- Yeni marketlərin açılması işinə nəzarətin həyata keçirilməsi;
- Gündəlik tələbat məhsullarını təchiz edən şirkətlərlə danışıqların aparılması;
- Mövcud marketlərinin faəliyyətinə nəzarətin həyata keçirilməsi;
- Stok, sifariş proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi;
- Marketlər və ofis arasında kordinasiyanın qurulmasını təşkil etmək;
- Rəhbərliyə marketlərin fəaliyyətinə dair müvafiq hesabatların verilməsi;

İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik, bacarıqlarına görə müsahibə zamanı müzakirə olunacaq.

Vakansiyaya müraciət üçün CV-ləri “Satış üzrə bölgə müdiri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-09-26