Satış üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Namizədə tələblər
- Təhsil: Ali (İqtisadiyyat və riyyaziyyat fakültəsini bitirən şəxslərə üstünlük verilir)
- İş təcrübəsi: Analoji sahədə ən azı 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq İngilis dili (arzuolunandır)

Şəxsi keyfiyyətlər
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri
- Bazarın araşdırılması və tələbatın müəyyənləşdirilməsi
- Potensial müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması
- Satış strategiyasının hazırlanması, potensial müştərilərin axtarışını həyata keçirmək
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq məhsulları təklif etmək
- Ölkə üzrə tenderləri, layihələri və tədbirləri aktiv şəkildə izlənilməsi və onlar haqqında tam məlumatlı olunması
- Həftəlik və aylıq satış hesabatlarının hazırlanması
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri
- İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
- İş vaxtı 08:00 – 17:00
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı müsahibə əsnasında

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini gözlənilən əmək haqqını qeyd etməklə [email protected] ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Satış üzrə menecer ” qeyd etmələri xahiş olunur.
Son müraciət tarixi: 2021-08-21