Satış üzrə menecer

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Departamentin strukturunu effektiv formada təşkil etmək;
- Biznes məqsədlərinə çatmaq üçün komanda üzvləri üçün məsuliyyətlər və hədəflər yaratmaq;
- Potensial müştərilər cəlb edərək yeni biznes inkişaf etdirmək;
- Satış planlarının ətraflı şəkildə işlənib hazırlanması və saxlanmasını təmin etmək;
- Məhsullara maraq, tələb yaratmaq üçün strategiyalar hazırlamaq;
- Biznesin marketinq fəaliyyətinin bütün aspektlərini inkişaf etdirmək və onlara nəzarət etmək;
- Fərdi məhsullar üçün unikal planlar hazırlamaq və müvafiq sənaye sərgilərində təşkilatı təmsil etmək;
- Siyasət və prosedurlara riayət etməklə sıx nəzarəti saxlamaq;
- Xərcləri azaltmaqla yanaşı, xidmətlərin keyfiyyətini və fasiləsizliyini təmin etmək üçün effektiv proqramlar tətbiq etmək.

Namizədə tələblər:
- Satışın idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi;
- Satış komandasının idarə edilməsi üzrə təcrübənin olması;
- Ali təhsil (iqtisadiyyat, marketinq və ya əlaqədər digər ixtisaslar);
- Yüksək səviyyədə kommunikasiya və təqdimetmə bacarığı;
- Azərbaycan, Rus, dillərində sərbəst danışmaq bacarığı, İngilis dili yaxşı
- MS Office proqramlarını yüksək səviyyədə bilmək;

Uyğun namizədlər CV-ni mövzu hissəsində “Satış üzrə menecer” qeyd edərək email ünvanına göndərər bilərlər
Son müraciət tarixi: 2022.06.26