Satış üzrə mühəndis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Departament: Kommersiya/Satış şöbəsi

Vəzifə öhdəlikləri:
- Korporativ müştərilər üçün bulud xidmətləri biznesinin inkişafında, satışdan əvvəl və sonra xidmətlərin göstərilməsində Kommersiya Departamentinin heyətinə yardım etmək;
- Satış öncəsi xidmətlərdən konsaltinq/icraya uğurlu keçidin həyata keçirilməsi üçün satış mütəxəssisləri ilə sıx işləmək;
- Bulud həllərinə başlamaq və genişləndirməkdə satış mütəxəssisləri ilə sıx işləmək;
- Təkliflər və Məlumat Sorğularına cavab vermək;
- Planlaşdırılan həllər barədə baxış və mövqeləri izah etmək;
- Satışdan öncə və satışdan sonra dəstək göstərilməsi tələb olunduğu zaman, Texniki dəstək heyəti ilə işləmək;
- Tələb olunduğu təqdirdə, problemləri rəhbərliyin nəzərinə çatdırmaq;
- Tələb olunduğu təqdirdə, müştərilərin iş yerlərinə səfər etmək, konfranslarda iştirak etmək və s;
- Texniki məhsula dair prezentasiya və təqdimatlar hazırlamaq;
- Müştərinin Cloud idarəetməsinə aid kommersiya sorğuların (kvota, qeydiyyat, hesabat) həll olunması;
- Xidmətlərə aid mütəmadi olaraq hesabatların hazırlanması

Tələb olunan bilik və bacarıqlar:
- İnformatika, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr təhsili
- Ümumi təyinatlı bulud platformalarının ən azından birində arxitektur həllərin işlənib hazırlanması üzrə 1-3 il təcrübə
- İnfrastruktur arxitekturası, veb-həllər arxitekturası, data arxitekturası, inteqrasiya arxitekturası, VMware, Open - - Stack sahələrindən ən azı biri üzrə təcrübə
- Microsoft Office proqramları üzrə biliklər
- Microsoft Project kimi proqramlarda biliyi olanlara üstünlük verilir
- Azərbaycan; rus və ya ingilis dilləri (sərbəst)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərə bilərlər.
Son müraciət tarixi: 30 noyabr 2021