Satış üzrə mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- İş qrafiki: 09:00 - 18:00;
- İstirahət günü - Bazar günü;
- Maaş yüksəkdir;

Namizədə tələblər:
- Ali təhsil və ya Natamam təhsil;
- Dil bilikləri: Azərbaycan dili ( Rus dili və İngilis dili biliyi arzu olunandır);
- Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
- Kritik məqamlarda düzgün qərar vermə bacarığı;
- Rəhbərliyin tapşırıqlarını yerinə yetirmə qabiliyyəti;
- Gülər üzlülük;
- Ölkə daxili və ölkə xarici sərgilərdə həvəs və bacarığın olması;
- Rəqib araştırmasının düzgün aparılması;
- Tibbi ləvazimatların (tibbi geyimlər və cərrahi geyimlər) satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
- Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
- Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı ;
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
- Müştərilərə malı təqdim etmək bacarığı;
- Müştəri portfelinin olması;
- Satış işinin qurulması bacarığı;
- Məsuliyyət,dinamiklik;

Vakansiyaya müraciət etmək üçün başlıq olaraq “Satış üzrə mütəxəssis” yazaraq hr@gillmed.az e-mailinə CV göndərin.
Son müraciət tarixi: 2021-09-16