İş haqqında
Öhdəliklər:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Şirkətin məhsullarına dair tanıtımlar edilməsi, müştərilərə müəssisə, mal və xidmətlər haqqında ətraflı məlumatların verilməsi;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Şirkət tərəfindən müəyyən edilmiş satış planının həyata keçirilməsi;
- Aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Satışın yüksəldilməsi və satış prosesinin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edilməsi.
Tələblər:
- Peşə və ya ali təhsil arzu olunandır;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Moped, skuter, motosiklet və moto aksesuarları sahəsində satış təcrübəsi;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı.
İş şərtləri:
İş qrafiki 6 günlük;
Karyerada yüksəliş imkanı.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd edərək elektron ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.