Satış üzrə nümayəndə

Şirkət haqqında
Əmək haqqı
700-1000

İş haqqında

APTEK, KOSMETİKA MAĞAZALARI VƏ KLİNİKALARDA SATIŞ ÜZRƏ NÜMAYƏNDƏ QADIN

İşin təsviri və tələblər:
Baş ofisi Fransanın Lyon şəhərində yerləşən BIODERMA, ESTHEDERM VƏ ETAT PUR Dermatoloji Laboratoriyaları dermatoloqlar və institusional tədqiqat mərkəzləri (INSERM, CHU, Universitetlər) ilə birlikdə 1977-ci ildən bəri tibbi təlimat və məsləhət üçün məhsullar hazırlayır və təklif edir.

BIODERMA,ESTHEDERM, ETAT PUR dünya dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlerdlərdir. Dünyanın 130-dan çox ölkəsində satılan brendlər Azərbaycan bazarındakı payını dünya bazarına paralel olaraq genişləndirməyə davam edir. Böyüyən komandamıza satış üzrə nümayəndə axtarışındayıq.

• Universitet məzunu qadın
• Aptek satış sektorunda reseptsiz məhsulların (OTC) və ya dermakosmetika / kosmetik məhsulların satışında minimum 2 il iş təcrübəli,
• Səyahət edə bilməli (Səyahət planına əsasən digər şəhərlərə gedə bilməli),
• Azərbaycan və Rus dillərini mükəmməl bilməli,
• MİCROSOFT OFFİCE proqramlarını səlis şəkildə bilməli,
• Komanda ilə işləmə bacarığı olmalı,
• Diqqətli, punktual, səbrli, məsuliyyətli və təşəbbüskar olmalı,
• Müştərilərlə gözəl ünsiyyət qurmalı və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməli,
• Səliqəli xarici görünüşə, nəzakətli danışığa və satış qabiliyyətinə malik olmalı

Vəzifələr:
- Cavabdeh olduğu Aptekləri, mağazaları və klinikaları müntəzəm ziyarət etmək, Sifariş almaq və aylıq satış hədəflərini həyata keçirmək,
- Portfelə yeni aptek, klinika və mağaza dilerlərinin daxil etmək,
- Aptek, mağazaların ehtiyacı olan təlimləri analiz etmək,
- Apteklər, klinika və mağazalarda rəflərin təşkili və məhsulların nümayişlərini hazırlamaq, əlavə nümayiş sahələri yaratmaqla brendlərin strategiyasını dəstəkləmək,
- Apteklərdə və mağazalarda müştərilərə satışların artırılmasından cavabdeh olmaq və satış rəqəmlərini mütəmadi olaraq izləmək,
- Aptek və mağaza daxilində təlimlər təşkil edərək çalışan işçilərin təlimi və inkişafını izləmək,
- Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
- Aptek və mağazaların ödəniş hesabatını aparmaq, nəzarət etmək və rəhbərliyə təslim etmək.


İş qrafiki:
- 5 günlük iş norması (bazar istirahət günü)
- İş vaxtı : 09:00 – 18:00
- Nahar yeməyi və yol haqqı

Əmək haqqı : 700-1000 AZN

Vakansiyayla maraqlanan xanım namizədlərin şəkilli CV-lərini “SATIŞ NÜMAYƏNDƏSİ” başlığı ilə nakokoc@gmail.com elektron ünvanına yollamaları xahiş olunur.
Son müraciət tarixi: 2021-09-11