Sayım mütəxəssisi (Araşdırıcı)

Şirkət haqqında
Əmək haqqı
700

İş haqqında

Vəzifə Öhdəlikləri :
- Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
- Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
- Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
- İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
- Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
- Müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;

Namizədə Tələblər :
- Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
- Aktiv, məsuliyyətli və diqqətli olmalı;
- Əl terminalları ilə işləmə bacarığı olmalı;
- MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel)

Şirkət təklif edir:
- İş rejimi : Həftədə 6 gün;
- İş yeri : Sədərək Ticarət Mərkəzi;
- Əmək haqqı 700 AZN;
- Rəsmi qeydiyyat;

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Sayım mütəxəssisi (Araşdırıcı)” vakansiya adını göstərməklə öz cv-lərini [email protected] elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.
Son müraciət tarixi: 2021-06-24