Şəbəkə İnzibatçısı

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının (Cisco, HP router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
- Router, Switch və Firewall-ları Şirkətin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
- Cisco, Mikrotik routerlər, HP, Ubiquiti, HikVision switch-ləri, Ubiquiti Access Pointlərlə iş təcrübəsi
- PaloAlto, FortiGate firewall-larla iş təcrübəsi (müvafiq sertifikatlar arzuolunandır)
- İP-telefoniya sistemləri 3CX, CCM işləmək, Daxili ATS-lərin qurulması;
- Şəbəkə problemlərini müəyyən edib həll etmək;
- Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

Tələblər:
- Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
- Server OS-ləri ilə iş üzrə baza bilikləri;
- CCNP üzrə nəzəri və praktiki bilik səviyyəsi;
- Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Analitik təhlil etmə qabiliyyəti;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük

Əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Beş günlük iş həftəsi
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “JS Şəbəkə İnzibatçısı” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.
Son müraciət tarixi: 2021-10-23