Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

AFB Bank İT Strukturu Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
- TCP/IP və OSI modeli haqqında dərin biliklər,
- L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında biliklər və iş təcrübəsi;
- NGFW-lar (Palo Alto, FortiGate) haqqında biliklər və iş təcrübəsi,
- Web Application Firewall üzrə biliklər və iş təcrübəsi,
- İP Telefoniya bacarıqları (Asterisk FreePBX və voip texnologiyaları),
- IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn) haqqında biliklər,
- Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi,
- CCNA / CCNP / CCNA Security sertifikatlarının olması arzuolunandır.

İŞİN TƏSVİRİ:
- İnformasiya təhlükəsizliyinə aid müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq;
- Bankda şəbəkə avadanlıqlarına, şəbəkə və sistem proqramlara ilkin təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
- Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
- İnternetdən, E-mail və (və ya) daxili poçtdan istifadə zamanı informasiya təhlükəsizliyini təşkil etmək;
- Şəbəkə və sistem proqramlarının informasiya təhlükəsizliyini həyata keçirmək;
- Server, şəbəkə və digər sistem avadanlıqlarında zəruri informasiyanın arxivləşdirilməsini və zərurət olduqda bərpasını təşkil etmək;
- Bankın informasiya təhlükəsizliyini yaxşılaşdırmaq və yeniləmək üçün daima araşdırmalar aparmaq və zəruri tədbirlərin görülməsi ilə əlaqədar təkliflər vermək;
- Bankda istifadə olunan İT platformaların və ehtiyat mərkəzinin fasiləsiz fəaliyyətini təmin etmək;
- Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
Son müraciət tarixi: 2021-10-22