Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı /baş mütəxəssis

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Öhdəliklər:
- Xidmət nöqtələrinin optimallaşdırılması və inkişafı üzrə layihələri hazırlayır, təsdiq olunmuş layihələrin icrasına nəzarət edir
- Bankın strateji hədəflərinin icrası məqsədilə xidmət nöqtələrinin satış və xidmət üçün uyğun ərazidə yerləşməsini analiz edir və təmin edir.
- Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak edir.
- Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanmasını təşkil edir.
- Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə lazımi qaydada təmin olunmasını təşkil edir.
- Xidmət şəbəkəsində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsini təşkil edir.
- Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini və yerləşmə planının hazırlanmasını təşkil edir.
- Xidmət nöqtələrindən həlli şöbəyə aid müraciətlər üzrə təkliflər hazırlayır.

Tələblər:
- Ali təhsil;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- MS Office proqramları üzrə biliklər (Excel bilikləri) ;
- Maliyyə bilikləri (ACCA və s. üzrə sertifikatların olması arzuolunandır);
- Bank sahəsində və ya analitika ilə bağlı digər sahədə iş təcrübəsi.
- Dil bilikləri: ingilis dili –yaxşı, rus dili - arzuolunandır.
- Gərgin iş qrafikində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, portalımızdan qeydiyyat keçərək (https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1888) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Son müraciət tarixi: 2022.07.02