Senior Marketing Specialist

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)

İşiniz nədən ibarətdir?
- Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərinin aparılması;
- Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinadedici meyarların müəyyən edilməsi;
- Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, həmçinin müxtəlif brend və məhsul kampaniyalarının hazırlanması və icrası;
- Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi;
- Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi;
- Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğun olmasının təmin edilməsi;
- Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
- Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, t-təkliflərin hazırlanması və icrası;
- Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;
- Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanılması və təhvil verilməsinin təmin edilməsi,
- Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi.

Sizdən nə tələb olunur?
- Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
- İş təcrübəsi: Marketinq üzrə ən az 5 il
- Lisenziya/Sertifikat: Rəqəmsal Marketinq mütəxəssisi sertifikatı (üstünlük verilir)
- Xarici dil bilikləri: səlis Azərbaycan, Rus və İngilis dili
- Kompüter bilikləri: MS Office proqramları, Marketinq sahəsində proqram təchizatları üzrə biliklər

Digər:
- Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər
- Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 15.12.2021-ci il tarixinədək başlıqda “Marketinq üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.