Sərnişin liftləri və Travolator üzrə Texnik

Şirkət haqqında
Əmək haqqı
Müsahibə əsasında

İş haqqında

Vəzifə: Sərnişin liftləri və Travolator üzrə Texnik
Yerləşmə: Baş Ofis
Departament: Marketin inkişafı üzrə Departament

Vəzifə öhdəlikləri
- Lazımi alətlərdən istifadə edərək maşınları və ya sistemləri təmir etmək.
- Əməliyyat xətalarının səbəblərini müəyyənləşdirmək və bunlarla bağlı tədbirlər görmək.
- Avadanlıqlarda cari təmir işləri aparmaq, nə vaxt və hansı növ texniki xidmətin tələb olunduğunu müəyyənləşdirmək.
- Bir işi yerinə yetirmək üçün lazım olan alət və avadanlıq növlərini təyin etmək.
- Maşının düzgün işlədiyinə əmin olmaq üçün cihazlara, sferblat və ya digər göstəricilərə baxmaq.
- Başqalarının dediklərinə tam diqqət yetirmək, qaldırılan məqamları başa düşməyə vaxt ayırmaq, uyğun sualları vermək və uyğun olmayan vaxtlarda sözlərini kəsməmək.
- Keyfiyyəti və performansı qiymətləndirmək üçün məhsulların, xidmətlərin və ya proseslərin sınaqlarını və yoxlamalarını həyata keçirmək.
- Yeni seçimlər tapmaq, qiymətləndirmək və həll yollarını tətbiq etmək üçün mürəkkəb problemləri müəyyənləşdirmək və əlaqəli məlumatları nəzərdən keçirmək.
- Avadanlıq və ya sistemlərin işlərinə nəzarət etmək.
- Texniki xüsusiyyətlərə uyğun avadanlıq, maşın, elektrik naqillər və ya proqramların quraşdırılması.

Vəzifə üzrə tələblər Biliklər
- Maşın və alətlərin dizaynı, təmiri və istismarı da daxil olmaqla sahə üzrə biliklər.
- Müvafiq qanunlar, qaydalar və standartları bilmək.
- Qaldırma əməliyyatları və qaldırıcı avadanlıqlarda 3 ildən 5 ilə qədər təcrübə.
- Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənmiş elektro-mexaniki sertifikat.
- SƏTƏM tələblərini və davranış qaydalarını dərindən anlamaq.
- Travelatorun pilləkən konfiqurasiya sistemini bilmək.
- Travelatorun təhlükəsizlik zəncirinin konfiqurasiyasını bilmək.
- Lavitel (Təhlükəsizlik Sistemi) liftlərinin quruluşunu və konfiqurasiyasını bilmək.

Bacarıqlar
- Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
- Təzyiq altında işləmək bacarığı.

Qeyd Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com email ünvanına "Sərnişin liftləri və Travolator üzrə Texnik" başlığı ilə müraciət edə bilər.
Son müraciət tarixi: 2021-09-03