Servis üzrə köməkçi

Şirkət haqqında
Əmək haqqı
Razılaşma

İş haqqında

Vəzifə öhdəlikləri:
- Yaranan texniki problemlərin təhlili, onların səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması.
- Mikroproqram təminatının şablonları ilə iş, mikroproqram təminatının sifarişçinin tələblərinə uyğun sazlanması, məsafədən yenidən yükləmə və mikroproqram təminatına dəyişikliklərin edilməsi.
- Servis xidmətləri məsələləri üzrə müştərilərlə əlaqə və müştərilərə məsləhətlərin verilməsi.
- Yaranan problemlər istehsalçının səhvləri və ya şablon həllərdə qüsurlarla bağlı olduğu hallarda Xidmətlərin dəstəyi və inkişafı şöbəsi ilə əlaqə və birgə iş.
- GIS-platformanın inkişafı, səhvlərin aradan qaldırılması və müştərilərin ehtiyaclarının maksimum ödənilməsi məqsədi ilə GIS xidmətlərinin təchizatçısı ilə əlaqə.
- Layihə öncəsi şərtlər və tələbatların öyrənilməsində, texnoloji həllin hazırlanmasında, avadanlıq və aksessuarların seçilməsində və sınanmasında iştirak.
- Müqavilə formalarının hazırlanması.
- Layihələrdən, servis xidmətlərindən və müştərinin spesifik istəklərinə uyğun həllərin icrası.
- Müqavilələr və servis sifarişləri üzrə öhdəliklərin icrasının faktiki və formal başa çatdırılması, müştərinin göstərilən xidmətdən məmnunluqunu yoxlama.

Məşğulluq: Tam

Faydalar:
- 5 günlük iş rejimi (həftəlik 40 saatdan çox olmayan iş normasına əsasən)
- İldə 30 təqvim günündən az olmayaraq məzuniyyət günləri
- İcbari sığorta

Tələb olunan:
- Ən azı 1 il iş təcrübəsi
- Texniki biliklər
- Müştərilər ilə yazılı və şifahi ünsiyyət qabiliyyəti
- Microsoft Office proqramları üzrə biliklər (Word, Excel və s.)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aplusa-security.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Servis üzrə köməkçi göstərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 2021-07-11